"Neftin qiyməti Liviya və OPEC ilə 80 dolları aşa bilər" | Banco.az

"Neftin qiyməti Liviya və OPEC ilə 80 dolları aşa bilər"

Brent neftin qiymətinin Liviyada hasilatın azalması və OPEC ölkələrinin hasilatlarını azaltmaları ilə 80 dolları keçəcəyi bildirilir.

Sinqapurun maliyyə korporasiyası "Oversea-Chinese Banking Corp"ın iqtisadçısı Howie Lee-nin proqnozlarına görə, Mart ayında gündəlik 900 min barrelə çıxan təklif kəsiri, Liviyada davam edən qarşıdurmanın hasilatı sutkada yarım milyon və ya daha çox azaltması vəziyyətində 1.4 milyon barrelə qalxa bilər.

Ən sərfəli kredit üçün müraciət et

Lee-yə görə, bu həcmdə bir kəsir, həmçinin OPEC və qrup ilə birlikdə hərəkət edən istehsalçıların hasilatlarını azaltmaları ilə Brent neftin qiyməti 80 dolları keçə bilər.

marja