Neftin qiyməti əvvəlki səviyyəsinə ən tez 2022-də qayıda bilər | Banco.az

Neftin qiyməti əvvəlki səviyyəsinə ən tez 2022-də qayıda bilər

ABŞ-ın beynəlxalq bank və maliyyə xidmətləri şirkəti Goldman Sachs, neft bazarındakı toparlanmanın 2022-ci ildə reallaşmasının nəzərdə tutulduğunu bildirib.

Goldman Sachs tərəfindən hazırlanan hesabatda, qlobal neft tələbinin yeni növ koronavirus (Kovid-19) epidemiyasından əvvəlki səviyyəsinə dönməsinin ən erkən 2022-də olmasının təxmin edildiyi qeyd edilib. 

Hesabatda, dünyada nəqliyyatın artması və infrastruktur xərcləmələrinin dəstəklənilməsilə qlobal neft tələbinin ancaq 2022-də Kovid-19-dan əvvəlki səviyyəyə çatmasının gözlənildiyi bildirilib.

Qlobal neft tələbinin bu il keçən illə müqayisə 8% azalacağı, gələn il isə 6% artacağı nəzərdə tutulur.

Bu ay qlobal neft tələbinin keçən ilin eyni dövrü ilə müqayisədə 12% aşağı olduğuna işarə edilən hesabatda, Çin və Hindistan kimi böyük Asiya iqtisadiyyatlarındakı yığışmanın isə neft tələbini yüksəltdiyi vurğulanıb.

Hesabatda, dünya daxilində ölkələrin karantin tədbirlərini yumşaltdıqca benzin və digər yanacaqlara tələbin artacağı, təyyarə yanacağı istehlakının isə hava yolu nəqliyyatına bağlı olduğu qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda, ikinci bir Kovid-19 dalğasının qlobal neft tələbinə və istehlakına mənfi təsir edə biləcəyi xəbərdarlığı edilib.

Goldman Sachs, Brent növü xam neftin barel qiymətinin yaxın dövrdə 35 dollar olmasını, 2022-də isə 55 dollara çatmasını nəzərdə tutur.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et