Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, dünya bazarında neftin qiyməti “dibə çatıb” və bundan sonra artmağa başlayacaq.
“The Wall Street Journal”a istinadən verilən məlumata görə, bu barədə agentliyin açıqladığı hesabatda bildirilir.
Agentliyin ekspertləri hesab edir ki, artım “o qədər də güclü templə baş verməyəcək”.
Proqnozlara əsasən, 2016-cı ildə “qara qızıl”ın 1 barelinin qiyməti 60 dollara qədər artacaq.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,42 azalaraq 50,75 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,79 dollar ucuzlaşaraq 56,82 dollar olub.
apa.az