Neftin qiyməti bir ayda necə dəyişib? (29.01.2016) | Banco.az

Neftin qiyməti bir ayda necə dəyişib? (29.01.2016)

Yanvar ayında neftin qiymət hərəkətinə nəzər salsaq, görərik ki, ən aşağı göstərici 20 yanvar tarixində qeydə alınıb. Həmin tarixdə neftin bir barelinin qiyməti 27.88 dollara bərabər olub.

Yanvarın 26-dan etibarən isə Brent markalı neftin qiyməti yüksələn xətlə inkşaf edir.

Dünya bazarında neftin belə kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Nəticə etibarilə, neftdən əldə olunan gəlir azalır və ixrac edilən məhsulların qiyməti aşağı düşür.

Məhz bu səbəbdən Mərkəzi Bank 2 dəfə, 21 fevral (34%) və 21 dekabr (47.63%) tarixlərində Azərbaycan manatını devalvasiya etmək zərurəti duydu. Beləliklə, manat 1 ildə 81.63% dəyər itirdi

Ən sərfəli kredit üçün müraciət et

Aşağıda isə WTI (West Texas Intermediate) markalı xam neftin 1barelinin qiymətinin yanvar ayı ərzində necə dəyişdiyini izləyə bilərsiniz.