Neftin qiyməti bahalaşdı | Banco.az

Neftin qiyməti bahalaşdı

​​Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 83,97 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,42 dollar (0,5%) çoxdur.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda mart ayı üçün WTI neft fyuçerslərinin qiyməti bu vaxta qədər 0,36 dollar (0,46%) artaraq bir barelə görə 78,37 dollar təşkil edib. Son sessiyanın sonunda onlar 0,65 dollar (0,8%) bahalaşaraq 78,01 dollar/barel olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram