Neftin bahalaşması Fed-in faiz endirimini dəstəkləyə bilər | Banco.az

Neftin bahalaşması Fed-in faiz endirimini dəstəkləyə bilər

"Saudi Aramco"nun obyektlərinə təşkil edilmiş hücumdan sonra neft qiymətlərində baş vermiş yüksəliş, Fed-in bu həftə faiz endiriminə getməsini dəstəkləyir
 
Federal Açıq Bazar Komitəsinin (FOMC) Vaşinqtonda Çərşənbə axşamı günü başlayacaq iki günlük iclasında 25 bənd faiz endirimi ediləcəyi gözlənilir. İqtisadçılara görə, Fed-in 25 bənd faiz endirimi edəcəyi ehtimalı həftə sonu təşkil edilən hücumdan sonra dəyişməyib. 

Neft qiymətlərindəki artımın ABŞ-da inflyasiyanı artıracağına baxmayaraq, Fed daha böyük bir ehtimalla bunu investisiya və emala mənfi təsir göstərən ticarət siyasəti və səngiyən qlobal iqtisadi artım ilə bərabər, ABŞ iqtisadiyyatı üçün aşağı istiqamətli risklər siyahısına əlavə edəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

"Bloomberg"in sorğusuna qatılan iqtisadçılar Fed-in faizləri 25 bənd azaldaraq 1.75  - 2.00% aralığına endirəcəyini təxmin edirlər. Fed faiz qərarını sabah Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et