Neft yeni aya bahalaşma ilə başladı | Banco.az

Neft yeni aya bahalaşma ilə başladı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yeni iş həftəsinə bahalaşaraq başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti yeni aya bahalaşaraq başlayıb, birjaların diqqəti həftənin cümə axşamı həyata keçiriləcək OPEC+ iclasına yönəlib.

Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti cümə günü 3,2% ucuzlaşdıqdan sonra yeni həftədə 63 dollara qədər çatıb.

ABŞ xam neftinin (WTI) aprel fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 2,3% geriləyərək bir bareli 62.92 dollara qədər ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Brent markalı neftin may fyuçersi isə London əmtəə birjasında 1,7% dəyər qazandıqdan sonra bir bareli 65.51 dollar səviyyəsinə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et