Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri 12 ilin ən yaxşı ilk yarımilliyinə hazırlaşır.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti kəskin ucuzlaşma olmayacağı təqdirdə bu ilin ilk yarım ilini 2009-cu ildən bəri müşahidə olunan ən yaxşı dinamika ilə başa vuracaq.
Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti 74 dollar səviyyələrində icra edilərkən özəl sektorun dəstəklədiyi Amerika Neft İnstitutu isə ötən həftə xam neft ehtiyatlarının 8,15 milyon barel azalacağını açıqlamışdı.
ABŞ xam neftinin (WTI) avqust fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,6% bahalaşaraq hazırda bir bareli 73.42 dollara icra edilir.
Brent markalı neftin avqust fyuçersi isə London əmtəə birjasında 0,4% dəyər qazanmaqla bir bareli 75.02 dollara qalxıb.
Bizi sosial şəbəkələrdən izləyin!!