Neft qiymətləri bahalaşmağa başlayıb | Banco.az

Neft qiymətləri bahalaşmağa başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft qiymətlərində Çin-Rusiya tarazlığı müşahidə olunur.

Banco.az xəbər verir ki, Çinin gözləniləndən zəif artımı fonunda Rusiyanın neft ixracını azaltmaq planları neft bazarında qiymətlərin stabil seqmentdə qərarlaşmasına səbəb olub.

ABŞ xam nefti 0,12 faiz bahalaşaraq 74 dolları keçib. Bazar ertəsi ABŞ xam nefti Liviyada baş verən hadisələrdən və Çinin artım məlumatlarından sonra təxminən 2 faiz ucuzlaşmışdı.

Brent markalı neft isə 0,08 faiz bahalaşaraq 78,56 dollara satılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et