"Neft ixrac edən ölkələr arasında Azərbaycan iqtisadiyyatı ən az təsirlənənlərdən olacaq" | Banco.az

"Neft ixrac edən ölkələr arasında Azərbaycan iqtisadiyyatı ən az təsirlənənlərdən olacaq"

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Orta Şərq və Mərkəz Asiya regionunun neft ixrac edən ölkələrinin ÜDM-in orta hesabla 6% azalacağını proqnozlaşdırır.

"World Economic Outlook" hesabatının oktyabr buraxılışının məlumatına görə, 2020-ci ildə bu regionun neft ixracatçıları arasında Türkmənistan, Qazaxıstan və Azərbaycanın iqtisadiyyatları ən az təsirlənənlərdən olacaq. Belə ki, Fondun proqnozlarına görə, bu il Azərbaycan və Qazaxıstanda ÜDM müvafiq olaraq  4% və 2,7% azalacaq, Türkmənistanda isə 1,8% artacaq.

"COVID-19 pandemiyasının neft bazarına mənfi təsirin səbəbindən bu il ən çox zərər çəkən neft ixracatçıları sırasında İraq, Oman və Küveyt yer alıb. 2020-ci ildə sözügedən ölkələrin iqtisadiyyatları müvafiq olaraq 12,1%, 10% və 8,1% azalacaq", - hesabatda deyilir.

Qeyd edək ki, BVF 2021-ci ildə Azərbaycanda ÜDM-in 2% atacağını proqnozlaşdırır. 2019-cu ildə Azərbaycanda ÜDM istehsalı 2,2% artıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram