Müəllif: Tamara Mustafayeva, Banco.az
“OPEC+” qrupu neft bazarındakı hadisələri müzakirə etmək üçün fevralda görüş keçirəcək.
Banco.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və “OPEC”ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət “OPEC+” qrupu fevral ayında neft bazarının monitorinqi ilə bağlı iclaslarını davam etdirəcək.
İclasın fevralın ilk həftəsində keçiriləcəyi bildirilib. Mənbələrin məlumatına görə, görüşün fevralın 1-nə planlaşdırıldığı da deyilir.
Bildirilənə görə, “OPEC+” artıq təklifin qarşısını almaq və neft qiymətlərini saxlamaq üçün yeni ixtisara hazırlaşır.
Məlumat üçün qeyd edək ki, “OPEC+” qrupunun Nazirlərin Birgə Monitorinq Komitəsi (JMMC) neft bazarındakı vəziyyəti təhlil etmək üçün iki aydan bir iclas keçirir. 22 ölkədən ibarət koalisiyanın əsas iclası isə iyunun 1-də Vyanada keçirəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!