"Neft 65 dollar olduğu halda cari hesabın profisiti bu il ÜDM-nin 6,5% səviyyəsində proqnozlaşdırılır" | Banco.az

"Neft 65 dollar olduğu halda cari hesabın profisiti bu il ÜDM-nin 6,5% səviyyəsində proqnozlaşdırılır"

"Neft qiymətlərinin və qeyri-neft ixracının artması ölkənin tədiyə balansına müsbət təsir edir".

Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Sədrin sözlərinə görə, bu il neftin orta qiymətinin 65 ABŞ dolları olduğu halda Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2021-ci ilin sonuna 3,1 mlrd. dollara və ya ÜDM-nin 6,5%-nə bərabər olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. dollar və ya ÜDM-nin 0,5%-ni təşkil edib. (2019-cu ildə 4,4 mlrd. dollar profisit olub). 2021-ci ilin I rübündə isə profisit qeydə alınıb və 627,7 mln. ABŞ dolları və ya ÜDM-nin 5,6%-nə bərabər olub. 

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et