Nə üçün təyyarələr Sakit okeanın üzərindən uçmur? | Banco.az

Nə üçün təyyarələr Sakit okeanın üzərindən uçmur?

Səyahəti sevən insanların arasında belə bir fikir yaranıb ki, Sakit okeanın üzərindən heç bir təyyarə uçmur. Görəsən, bu həqiqətdirmi? Yoxsa laynerlər doğurdan da belə böyük su hövzəsinin üzərindən uçmağa qadirdir? 

Təhlükəsizlik hər şeydən vacibdir. 

Nəyə görə təyyarələrin Sakit okean üzərindən uçması təhlükəlidir? Mövcud təyyarələrin marşrutları bir çox amillər nəzərə alınmaqla təyin edilir. Bu amillərdən ən əsası sərnişinlərin və heyət üzvlərinin təhlükəsizliyini təmin etməkdir. Buna əsaslanaraq, aviasiya mütəxəssisləri xüsusi ETOPS standartlarını hazırladılar. Bu standartlar iki qaz turbinli mühərriki ilə təchiz edilmiş təyyarələrlə uzun məsafəli uçuşların həyata keçirilməsi qaydalarıdır.

Bu standartlara əsasən marşrut elə qurulmalıdır ki, təyyarə təcili vəziyyətdə yaxınlıqdakı hava limanına gedə bilsin. Buna görə təyyarələrin əksəriyyəti düz xəttdə deyil, ziqzaqlarda uçurlar. Çünki uçuş zamanı təyyarələr qaydalara riayət etməyə imkan verən hava nöqtələrində olmalıdırlar. 

Ən sərfəli kredit üçün müraciət et

Sakit okean üzərindən uçuşun xüsusiyyətləri

Bəs həmin ərazidən uçmağa məcbur olan təyyarələr bunu necə edirlər? Dediyimiz kimi təyyarələrin Sakit Okean üzərindən uçmadığı barədə fikir çoxdan mövcuddur. Ancaq bu ərazidə xüsusi qaydalara riayət edərək uçan təyyarə reysləri var. 

1936-cı ildə San-Fransiskodan Havay adalarına ilk sərnişin reysi həyata keçirilib. Daha sonra ABŞ-dan Filippinə gedən marşrutlar ortaya çıxdı. Bu marşrutlar da geniş su ərazisini keçə bildi.

Hazırda laynerlər xüsusi qaydalarla okeanın üzərindən keçə bilirlər. Bu marşrutlar elə hazırlanıb ki, təyyarə əksər vaxt sahil boyunca uçur. Suyun üzərindən keçərkən isə torpaq sahələri arasındakı məsafənin minimal olduğu yerlərə üstünlük verirlər. Beləliklə, təyyarələr Sakit okeanın üzərindən uça bilir, ancaq müəyyən qaydalara riayət  etmək şərti ilə.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et