Nə üçün öz işinizi gənc yaşda qurmalısınız? | Banco.az

Nə üçün öz işinizi gənc yaşda qurmalısınız?

Öz işinizi qurmağı düşünürsünüzsə, əmin olun ki, siz tək deyilsiniz. Hədəflərini reallaşdırmış və uğurlu olmuş insanları digərlərindən fərqləndirən xüsusiyyət isə təxmin edərsiniz ki, cəsarətli olub ideyalarını həyata keçirmək üçün üzləşdikləri çətinliklərdən qorxmamalarıdır.

“Mənə görə, fikirlər praktikaya tətbiq edilmədiyi təqdirdə heç bir əhəmiyyət daşımır.”Stiv Cobs

Bəs, öz işinizi qurmaq üçün ən doğru vaxt hansıdır? İllərlə başqa şirkətlərdə çalışıb təcrübə topladıqdan sonra ya şəxsi həyatınızda bütün məsələləri qaydasına saldıqdan sonra? Düzünü demək lazımdırsa, belə bir yola çıxmaq üçün ideal vaxt nə zamandır deyə qızıl qayda yoxdur. Bununla belə, öz işinizi nə qədər erkən yaşda qursanız, bu, bir o qədər sizin üçün üstünlükdür.

Bügünkü məqaləmizdə şəxsi biznesinin erkən yaşlarda qurulmasını dəstəkləyən 4 səbəblə tanış edirik.

1. Erkən uğursuzluğa uğra, daha erkən məyus ol

İlham verici nitqlərdə bu ifadələrə tez-tez rast gəlirik. Dəfələrlə eşitmiş olarsınız ki, uğurlu olmaq üçün əvvəlcə uğursuz olmaq lazımdır. Ancaq unutmaq olmaz ki, uğursuz olmağı da düzgün şəkildə etmək zəruridir.

Dünyanın ən böyük hedc fondunun rəhbəri Ray Dalio isə uğursuzluqların təkrarlanan müəyyən davranışların nəticəsində meydana gəldiyini, odur ki, bu davranışların aşkar edilib düzgün analiz edilməsi ilə uğursuzluqların öhdəsindən gəlməyin mümkünlüyünü iddia edir.

2. İtirəcək çox şey olmadığı zaman itirmək lazımdır

Gənclik illərində hər kəsin nisbətən daha az məsuliyyətləri olduğu doğrudur. Bilindiyi kimi, yeni bir iş qurmaq bir çox riski də bərabərində gətirəcəkdir. Həm pulunuzu, həm bütün vaxt və enerjinizi bu işə həsr edəcəksiniz. Odur ki, vaxtınızı və pulunuzu sərf etməli olduğunuz başqa məsuliyyətləriniz olmadığı bir vaxtda hərəkətə keçin.

Ən sərfəli kredit üçün müraciət et

3. Uzun müddətli nəticələr

Düzgün edəcəyiniz təqdirdə qurduğunuz iş sahib ola biləcəyiniz ən uzun vədəli sərmayəniz olacaq. Gənc ikən sərf edəcəyiniz bir neçə il həyatınızın geri qalanına yön verəcək gəlir mənbələri yaratmağınıza səbəb olacaqdır.

Dürüst olmalıyıqsa, vaxtınızı pul ilə mübadilə edərək aldığınız aylıq maaş ilə həyatda çox böyük uğurlar qazanmağınız mümkün olmaya bilər. Başlanğıcda sizə çətin görünsə də, bunun nəticəsini uzun vədədə özünüz görəcəksiniz.

4. Real həyatı təcrübədən keçir

Person Making Clay Pot in Front of Girl during Daytime

Öz işinizi qurmaq sizə real dünya təcrübəsini yaşadacaqdır. Sizə yol göstərən, nəyi necə etməli olduğunuzu söyləyən rəhbəriniz və ya müdiriniz olmayacaq. Sizə məxsus fikirlərlə, marketinq strategiyalarızla, uzun müddətli hədəflərinizlə ön plana çıxmağı bacarmalısınız. Bu, həmçinin o deməkdir ki, səhvə yol verdiyiniz zaman bunun öhdəsindən yenə özünüz gəlməyi bacarmalısınız. Ancaq hər bir halda səhvlərinizdən çıxaracağınız dərslər və qazanacağınız təcrübə əvəzsizdir.

Hər hansı bir işə başlamaq üçün heç bir zaman gecikmiş sayılmarsınız. Qədim bir Çin atalar sözü ilə məqaləmizi tamamlayırıq.

“Bi ağac əkmək üçün ən doğru vaxt 20 il əvvəl idi. İkinci ən doğru vaxt isə indidir.”

Həmçinin oxu: Öz işini qurmaq istəyənlərin mütləq izləməli olduğu 5 sənədli film

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et