Nə üçün borcalanlar kredit ödədikdən sonra müflisləşir? | Banco.az

Nə üçün borcalanlar kredit ödədikdən sonra müflisləşir?

Azərbaycanda borc alanların təxminən 40 faizi kredit ödənildikdən sonra müflisləşir. Bu məsələyə "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev aydınlıq gətirib. Onun sözlərinə görə, kreditin verilməsi zamanı banklar ilk öncə borcalanın ödəmə qabiliyyətini qiymətləndirir. Borcalanın orta aylıq gəlirinin qiymətləndirilməsi proses zamanı nəzərə alınan əsas meyarlardan biridir. Bununa yanaşı, banklarda müəyyən limit olur ki, bundan sonra onlar kredit verməkdən imtina edə bilərlər. Məsələn, ipoteka kreditində kreditin faiz dərəcələri ailə gəlirlərinin 70%-ni təşkil etməlidir. Əks təqdirdə, ipoteka kreditinin verilməsi təxirə salınır.

Samir Əliyevin sözlərinə görə, istehlak krediti verən banklar  konservativ yanaşma tətbiq edir. Belə ki, onlar aylıq gəlirin ev təsərrüfatı gəlirlərini 60-70% üstələdiyi təqdirdə kredit verməyə razılaşırlar. Onu da qeyd etmək lazımdır ki, vətəndaşlar bəzən öz gəlirlərini sübut edə bilmirlər. Belə ki, bəzi vətəndaşlar gəlirlərinin böyük bir hissəsini qeyri-rəsmi yolla əldə etdiklərindən gəlirlərin mövcudluğu barədə rəsmi sənəd təqdim edə bilmirlər. Bu halda onlar kredit əldə etmək üçün qanuni işi olan qohumlarına və ya dostlarına müraciət edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert bildirir ki, nəticədə vətəndaşlar çoxsaylı borc öhdəlikləri qarşısında çıxılmaz vəziyyətdə qalırlar. İlk öncə vətəndaş bir kredit götürür. Sonra həmin krediti ödəyə bilmədikdə isə çıxış yolunu yeni bir kreditə üz tutmaqda görür və bununla da, növbəti krediti də götürmüş olur. Nəticə etibarilə, vətəndaş öz borc öhdəliklərinin sayını artırmış olur.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et