NBC Bank 2020-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqladı | Banco.az

NBC Bank 2020-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqladı

NBC Bank 2020-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Göstəricilərə əsasən NBC Bankın vəziyyətini qənaətbəxş hesab etmək olar. Koronavirus epidemiyası səbəbindən bir sıra banklarda olduğu kimi sözü gedən bankın gəlirlərində azalma baş verib. İlk rübdə Bankın aktivləri artıb, məcmu kapital Mərkəzi Bankın tələbindən yüksəkdir.

2020-ci ilin yanvar – mart dövründə NBC Bank-ın cəmi əməliyyat gəlirləri 6 milyon 538 min manat, cəmi əməliyyat xərcləri 6 milyon 735 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 153 min manat da ayrıma nəzərdə tutduğundan ilk rübü 350 min manat zərər ilə başa vurub.

Qeyd edək ki, koronavirus pandemiyası bankların gəlirlərinin azalmasına səbəb olub. İlk rübün Mart ayında bankların gəlirləri daha çox azalıb. Bankirlər Apreldə azalmanın daha böyük olacağını gözləyirlər. Əgər koronavirus epidemiyasına görə karantin rejimi tətbiq edilməsəyidi NBC Bankın da gəlirləri artar və xərclərini üstələyərdi.

2019-cu ilin sonu ilə müqayisədə 2020-ci ilin ilk rübündə NBC Bankın cəmi aktivləri 2 milyon 30 min manat artaraq  31 Mart 2020-ci il tarixində 324 milyon 677 min manata çatıb.

Müştəriləri verilmiş kreditlər isə 229 milyon 120 min manat olmaqla, cəmi depozitlər isə 142 milyon 325 min manat olmaqla təxminən dəyişməz qalıb.

31 Mart 2020-ci il tarixində NBC Bank 57 milyon 620 min manat məcmu kapitala malik olub ki, bu da Mərkəzi Bankın 50 milyon manat olan minimum kapital tələbindən çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et