Nazirlik: Məzənnə dəyişikliyi ilə əlaqədar süni qiymət artımının qarşısı alınacaq | Banco.az

Nazirlik: Məzənnə dəyişikliyi ilə əlaqədar süni qiymət artımının qarşısı alınacaq

İqtisadiyyat və Sənaye Nazirliyi manatın məzənnəsində dəyişikliklə bağlı açıqlama yayıb.

Nazirlikdən Trend-ə verilən məlumatda qeyd olunur ki, məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirilmiş və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.