Naxçıvanda investisiya qoyuluşunun həcmi bir ildə 4%-dən çox azalıb | Banco.az

Naxçıvanda investisiya qoyuluşunun həcmi bir ildə 4%-dən çox azalıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 188 mln. 714 min manat vəsait yönəldilib.

Bu, bir il əvvəlki göstərici ilə müqayisədə 8 mln. 526 min manat və ya 4,32% azdır.

Vəsait qoyuluşlarının 176 mln. 543 min manatı və ya 93,6%-i tikinti-quraşdırma işlərində istifadə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin yanvar-mart aylarında muxtar respublikada 34 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 145 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.

Report.az