Naxçıvanda hüquqi və fiziki şəxslərə verilən kreditlərin həcmi artıb | Banco.az

Naxçıvanda hüquqi və fiziki şəxslərə verilən kreditlərin həcmi artıb

Müəllif - Şəbnəm Mehdizadə, Banco.az

 

Naxçıvanda təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılır.

Banco.az xəbər verir ki, 2022-ci ilin yanvar-noyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 252 milyon 442 min 500 manat məbləğində kreditlər verilib.

Bu,  ötən ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz çoxdur.

Qeyd edək ki, verilmiş kreditlərin 20 milyon 279 min 400 manatı və yaxud 8 faizi qısamüddətli, 232 milyon 163 min 100 manatı və yaxud 92 faizi uzunmüddətli kreditlər təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et