Naxçıvan iqtisadiyyatı 0,7% böyüyüb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Naxçıvan iqtisadiyyatı 0,7% böyüyüb

Bu ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikasında 1 mlrd 840 mln 976 min manat həcmində ümumi daxili məhsul istehsal edilib.

Bu, 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə 0,7% çoxdur.

Bu ilin 8 ayı ərzində muxtar respublikada hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 3 min 999,5 manat olub ki, bu da ötən ilin 8 ayının göstəriciləri ilə müqayisədə 1,4% çoxdur.

Bu müddət ərzində muxtar respublikada sənaye məhsullarının istehsalı 758 mln 415,7 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 1% çoxdur.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram