“Naxçıvan dəhlizindən ilk öncə Azərbaycan, Türkiyə və digər bölgə ölkələri faydalanacaq” | Banco.az

“Naxçıvan dəhlizindən ilk öncə Azərbaycan, Türkiyə və digər bölgə ölkələri faydalanacaq”

“Çinin tarixi İpək Yolu və digər layihələri var. Ancaq münaqişənin həlli nəticəsində açılacaq nəqliyyat dəhlizlərindən ilk növbədə bölgə ölkələri faydalanacaq”.
 
Bunu bu gün keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
 
M. Çavuşoğlu qeyd edib ki, Azərbaycan torpaqları işğaldan azad edilərsə, nəqliyyat dəhlizləri açılarsa, bundan hər kəs faydalanar: “Çindən öncə bu nəqliyyat dəhlizlərindən bölgə ölkələri faydalanacaq. Naxçıvana açılacaq dəhlizdən ilk öncə Azərbaycan, Türkiyə və digər bölgə ölkələri faydalanacaq”.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram