NASA-nın ən güclü raketi orbitə buraxıldı | Banco.az

NASA-nın ən güclü raketi orbitə buraxıldı

Müəllif: Tamara Mustafayeva, Banco.az

NASA-nın SLS-Orion kosmik gəmisinin orbitə buraxıldığı bildirilib.

Banco.az xəbər verir ki, NASA-nın ən böyük kəşfiyyat raketi olan və Yunan Ay ilahəsi Artemidanın (Artemis) adını daşıyan kosmik gəmi Florida ştatının Kanaveral bölgəsində yerləşən Kennedi Kosmik Bazasından orbitə buraxılıb.

Sözügedən uçuş daha əvvəl raketin yanacaq çənindəki sızma səbəbindən iki dəfə təxirə salınmışdı.

NASA-nın Dərin Kosmos Kəşfiyyat Sistemlərinin ilk inteqrasiya olunmuş uçuş testini həyata keçirəcək “Artemis I” missiyası müvəffəqiyyətli olarsa, NASA kosmonavtları 2024-cü ildə Ayın ətrafında uça, 2025-ci ildə isə Aya enə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et