Nağdsız ödənişlərin təşviqi üzrə qalib banklar müəyyən edildi (SİYAHI) | Banco.az

Nağdsız ödənişlərin təşviqi üzrə qalib banklar müəyyən edildi (SİYAHI)

2015-ci ilin nəticələrinə görə nağdsız ödənişlərin təşviqi və stimullaşdırılması sahəsində elan edilmiş nominasiyalar üzrə qalib banklar müəyyən edildi

26 aprel 2016, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı 2013-cü ildən etibarən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və müasir bank texnologiyalarından istifadənin genişləndirilməsi istiqamətində bankların fəaliyyətinin qiymətləndirilməsi və illik əsasda onlardan daha aktiv olanlarının seçilərək mükafatlandırılması məqsədi ilə müxtəlif müsabiqələr keçirir.

Mərkəzi Bank tərəfindən 2015-ci ilin yekunlarına görə Nağdsız ödənişlər üzrə lider bank”, “Elektron bankçılıq xidmətlərində lider bank”, “Elektron ticarətin inkişafında lider bank”, “Təmassız ödəniş kartları üzrə lider bank”“Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyaları üzrə aşağıdakı qaliblər müəyyən edilmiş və təşəkkür məktubları göndərilmişdir:

  • “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə:

I yer        “Bank of Baku” ASC;

II yer       “Bank Silk Way” ASC ;

III yer     “Bank Respublika” ASC.

  • “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə:

I yer        “Bank Respublika” ASC;

Ən sərfəli kredit üçün müraciət et

II yer       “Bank of Baku” ASC;

III yer     “Turanbank” ASC.

  • “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə:

I yer        “Azərbaycan Beynəlxalq Bankı” ASC;

II yer       “Bank Respublika” ASC;

III yer     “Unibank” ASC.

  • “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə:

I yer        “Dəmirbank” ASC;

II yer       “Azərbaycan Beynəlxalq Bankı” ASC;

III yer     “Bank Respublika” ASC.

  • “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyası üzrə:

I yer        “Dəmirbank” ASC;

II yer       “Azərbaycan Beynəlxalq Bankı” ASC;

III yer     “Paşa Bank” ASC.

Mərkəzi Bank bundan sonra da ölkədə nağdsız ödənişlərin inkişafı və elektron ödəniş xidmətlərinin istifadəsinin kütləviləşdirilməsi istiqamətində bank sektoru ilə birgə aktiv fəaliyyətini davam etdirəcəkdir.