Mütəxəssis "Qara Cümə" endrim günlərində alıcıları diqqətli olmağa çağırıb | Banco.az

Mütəxəssis "Qara Cümə" endrim günlərində alıcıları diqqətli olmağa çağırıb

Müəllif - Aida İsaq, Banco.az

İnformasiya təhlükəsizliyi üzrə məsləhətçi Natalya İvanova "Qara Cümə" günü insanları diqqətli olmağa çağırıb. Banco.az xəbər verir ki, onun sözlərinə görə, fırıldaqçılar istifadəçilərin vəsaitlərini mənimsəmək üçün müxtəlif yollara əl atır. Bunun ən geniş yayılmış üsullarından biri isə reklamlardır. Mütəxəssis qeyd edib ki, fırıldaqçılar öz səhifələrinə aparan reklamları müxtəlif platformalarda yerləşdirirlər. 

Növbəti mərhələdə mail ünvanlarına göndərilən saxta ismarıcları bəzən real mağazalardan gələn məktublardan ayırd etmək olmur. Kiber-cinayətkarlar ticarət platformalarının real ünvanlarına oxşar ünvanlardan istifadə edirlər. Beləliklə, bu cür poçt göndərişlərinin keçidlərinə klikləməklə, istifadəçilər özlərini fişinq saytlarında tapırlar.

Digər məqamlarda fırıldaqçılar alıcıların şəxsi əlaqə vasitələrini ələ keçirərək anbarda lazımi malların olmaması və ya böyük axın səbəbindən ticarət platformasının ödəniş funksiyasında nasazlıq olduğunu bildirir Daha sonra isə onlara link vasitəsi ilə ödəniş etməyi təklif edirlər. Nəticədə, vəziyyətdən xəbərdar olmayan vətəndaşlar bu kimi prosedurları qurbanı olurlar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram