Müşahidə Şurasının üzvləri ilə əmək müqaviləsi bağlanmalıdırmı? | Banco.az

Müşahidə Şurasının üzvləri ilə əmək müqaviləsi bağlanmalıdırmı?

Şirkətlər inkişaf edərək yeni mərhələlərə çıxdıqca, korporativ idarəetmə standartlarına tələblərdə artır. Artıq bir çox şirkətlər nəzarət orqanlarını sadəcə kağız üzərində bir nominal qurum kimi deyil, məhz biznesin tələblərinə cavab verə bilən tam funksional bir orqan kimi görmək istəyirlər.

Son zamanlar şirkətlərdə səhmdarlar (iştrakçılar) tərəfindən yaradılan nəzarət orqanlarının fəaliyyətləri güclənir. Bu tendensiya inkişaf etdikcə, yəni nominal roldan daha aktiv fəaliyyətə keçdikcə, bu orqanların fəaliyyətlərinin düzgün tənzimlənməsi ilə bağlı suallar yaranır. Maraq doğuran suallardan biri, nəzarət orqanı olan Müşahidə (direktorlar) şurasının üzvləri ilə münasibətlərin tənzimlənməsidır.

Müşahidə (direktorlar) şurasının şirkətin fəaliyyəti üzrə ümumi nəzarəti həyata keçirir və üzvləri şirkətin ümumi yığıncağı tərəfindən seçilir.Qanunvericilikd əmüşahidə (direktorlar) şurası üzvlərinin və şirkət arasında münasibətlərin rəsmiləşdirilməsi barədə konkret tələb qoyulmayıbdır (ümumi yığıncağın müvafiq qərarından başqa). Nəticədə bu münasibətlərin təbiəti barədə müzakirələr davam edir, hüquqşünasların bir qismi bu münasibətləri mülki-hüquqi sahəyə aid edirlər, digərləri isə əmək qanunvericiliyi ilə tənzimləndiyini vurğulayırlar.

Əmək müqaviləsi – işəgötürən və işçi arasında razılaşmadır. Bu razılaşmaya əsasən işəgötürən işçiyə Əmək məcəlləsi və digər müvafiq normalara əsasən müəyyən funksiyalar və şəraitlə şərtlənmiş iş təqdim edir, və işçi bu razılaşma ilə müəyyən edilən funksiyaları şəxsən icra etmək və qüvvədə olan daxili intizam qaydalarına riayət etmək öhdəliyini qəbul edir.

Beləliklə, əmək müqaviləsinin əsas əlamətləri kimi, tərəflərin üzərinə düşən müəyyən edilmiş öhdəlikləri, əmək funksiyalarının icrasını, işçiyə sabit əmək haqqının ödənilməsini, daxili intizam qaydalarına riayət olunmasını, müqavilədə iş yeri və iş rejimi qöstərilməsiniqeyd etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Müşahidə (direktorlar) şurasının üzvlərinin seçilməsi və azad edilməsi haqda normaları nəzərdən keçirdikdə aydın olur ki, onlar Əmək məcəlləsi ilə işçinin işə qəbul və işdən azad edilmə prosedurlarından fərqlənir.

Müşahidə (direktorlar) şurasının üzvlərinə Əmək məcəlləsi ilə nəzərdə tutulan işdən çıxarılma proseduru tətbiq edilə bilməz, çünki bu münasibətlər tam fərqli normalar ilə tənzimlənir. Beləliklə, zənnimcə bu münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənməsi mümkün deyil və əmək münasibətləri hesab etmək olmaz. Nəzərə almaq lazımdır ki, şirkətin icra orqanı Ümumi yığıncağın və müşahidə (direktorlar) şurasının qərarlarının icrasını təmin edir və müşahidə (direktorlar) şurası icraetmə orqanının qərarlarına tabe olmur, lakin əmək münasibətlərində əsasən işçi işəgötürənin tabeliyində olur.

Müşahidə (direktorlar) şurasının səlahiyyətləri, şirkətin gündəlik fəaliyyətini idarə edən icra orqanının səlahiyyətlərini əvəz etməməlidir. Şuranın səlahiyyətlərinə aid edilən sualların çoxluğuna baxmayaraq, bu orqana həddindən artıq tez-tez iclas keçirməyə ehtiyac olmur, təcrübədə bir çox şirkətlərin müşahidə (direktorlar) şurası ayda 3-5 dəfədən çox (fövqəladə yığıncaqlar istisna olmaqla) yığıncaqlar keçirmirlər. Qanunvericilikdə müşahidə (direktorlar) şurasının səlahiyyətləri ayrı-ayrı üzvlərin səlahiyyəti kimi deyil, kollegial orqan səlahiyyətləri kimi göstərilib. Beləliklə, hər bir üzvün səlahiyyəti müvafiq sənədlərin araşdırılması və iclas zamanı səsverməsi ilə məhdudlaşır. Bəzi şirkətlərdə kollegial icra orqanın sədri (və ya tək icra orqanı) həmin şirkətin müşahidə (direktorlar) şurasının üzvü də olur, bu halda həmin şəxs iki, lakin biri-birindən fərqli funksiyaları daşımış olur.

 

Davamı... 

Emin Kərimov

Kapital Bank ASC-nin Hüquq departamentinin direktoru

Ən sərfəli krediti almaq üçün müraciət et