“Müqavilələrin həyata keçirilməsi” göstəricisi üzrə “Elektron məhkəmə” informasiya sistemində son dəyişikliklər təqdim olundu | Banco.az

“Müqavilələrin həyata keçirilməsi” göstəricisi üzrə “Elektron məhkəmə” informasiya sistemində son dəyişikliklər təqdim olundu

Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya MərkəzindəDoingBusiness Hesabatının “Müqavilələrin həyata keçirilməsi” adlı göstəricisi üzrə görülən işlərə dair mətbuat konfransı keçirilib. Konfransda ölkə başçısının biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üçün verdiyi tapşırıqların icrası ilə bağlı məhkəmələrdə yaradılan elektron imkanlar barədə geniş təqdimatla Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov çıxış edib, , sistemin canlı olaraq nümayişi keçirilib. Tədbirdə Ədliyyə Nazirliyinin İKT idarəsinin rəisi Ağakərim Səmədzadə də iştirak edib.

İİTKM-in analitiki Nərmin Kazımlı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın icrasına dair ümumi məlumatlar verib. Yaradılan işçi qruplarla görülən işlər barədə danışıb.

Qeyd edək ki, biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması üçün ölkə başçısı İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə 28 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Qanununda dəyişikliklər edilib. Bu dəyişikliklər sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi istiqamətində ölkədə həyata keçirilən çoxsaylı qabaqcıl tədbirlərdən biridir. Dəyişikliklər nəticəsində iqtisadi məhkəmələrə tamamilə elektron qaydada müraciət imkanları təmin edilmiş və elektron forma ilə yanaşı, sənədlərin kağız formada tələb olunması aradan qaldırılıb. Dəyişikliklərlə həmçinin məhkəmə rüsumunun elektron ödənilməsi və bütün tərəflərin iştirak etdiyi işlərdə məhkəmə işləri ilə elektron qaydada tanış olma, hakim və sahibkar arasında münasibətlərin tamamilə elektron qaydada tənzimlənməsi təmin edilib. Hakim və sahibkar arasında kağızsız elektron qaydada yazışma, sənədlərin elektron qaydada təqdim edilməsi və alınması, bütün qərarların avtomatik elektron dərc olunması islahatlar nəticəsində əldə edilən nailiyyətlərdəndir.

Dəyişikliklər nəticəsində mülki işlər üzrə iddianın qiyməti 2000 manatdan, iqtisadi mübahisələr üzrə iddianın qiyməti 10.000 manatdan az olan iddialar üzrə işlərə sadələşdirilmiş qaydada baxılır. Sadələşdirilənicraatda ərizə məhkəməyə daxil olduqdan sonra 30 iş günü ərzində tərəflərin təqdim etdiyi sübutlar əsasında, tərəflər məhkəməyə çağırılmadan və məhkəmə baxışı keçirilmədən məhkəmə işin həllinə dair qərar çıxarmalıdır.Dəyişikliklərə əsasən təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi və elektron qaydada yayılan məhkəmə qərarlarının anonimləşdirilməsi təmin edilib.

İslahatlara əsasən “Elektron məhkəmə” informasiya sistemində həyata keçirilməsi nəzərdə tutulan işlərin icrası tam başa çatdırılıb. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yenidəyişikliklərdə müəyyən edilən məhkəmə proseduru üzrə vaxt standartlarının (icraata qəbul etmə, hazırlıq, baxış iclaslarının təyin olunması və işin yekunlaşdırılması müddətləri)əks olunması və təxirəsalmaların sayının 3 olduğu  göstərilməklə, növbəti dəfə təxirəsalmalarınəsaslandırılmasıtəmin olunub.

Hakimlərin və vəkillərin istifadəsi üçün elektron iş idarəetmə sisteminin funksionallığı (elektron müraciətin təmin olunması, bildirişlərin və məhkəmə sənədlərinin avtomatik göndərilməsi və elektron alınması, icra sənədinin elektron qaydada icra məmurlarına göndərilməsi, işlərin statusunun (mərhələsinin) elektron qaydada izlənilməsi)təmin edilib. Həmçinin iqtisadi məhkəmələrə elektron qaydada müraciət imkanlarının təmin olunması istiqamətində hakimlərin maarifləndirilməsihəyata keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Hakimlər arasında işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi və iqtisadi mübahisələr üzrə yekun məhkəmə qərarlarının elektron dərci tam təmin edilib. Kiçik iddialar üzrə sadələşdirilən elektron icraatın tətbiqi ilə bağlı Elektron məhkəmə” informasiya sistemində dəyişikliklər edilib.

İqtisadi mübahisələrə baxan hakimlərə və inzibati-iqtisadi məhkəmələrin aparat işçilərinə “Elektron məhkəmə” informasiya sisteminin istifadəsi ilə bağlı, vəkillərə  elektron kabinetin imkanları və elektron müraciət qaydalarına dair təlimlər keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanı ilə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi istiqamətində mütərəqqi və yeni bir mərhələyə başlandığını demək mümkündür. Fərman məhkəmələrlə bağlı neqativ halların aradan qaldırılmasını, məhkəməyə müraciət imkanlarının asanlaşdırılmasını, məhkəmə qərarlarının tam və vaxtında icrasını təmin edən tədbirlər görülməsini özündə əks etdirir.

Fərmandan irəli gələrək cəza siyasətinin humanistləşdirilməsi, sahibkarlıq fəaliyyəti ilə əlaqədar məsələlərə (vergi, gömrük ödənişləri, məcburi dövlət sosial sığorta ödəmələri barədə mübahisələr daxil olmaqla) baxılması üçün yeni ixtisaslaşmış məhkəmənin yaradılması, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsi müəyyən edilib. Dəyişikliklərə əsasən məhkəməyə müraciətlərlə əlaqədar ödənilən dövlət rüsumlarının məbləğinə, məhkəməyə verilən iddialar üzrə yenidən diferensiallaşdırılmaqla baxılacaq bütün məhkəmə iclaslarının audio yazısı aparılacaq və məhkəmə iclası protokolu bu yazıdan irəli gələrək tərtib ediləcək. Artıq məhkəmə ekspertizalarının verilməsi üçün qeyri-müəyyən müddətə gözləməyə ehtiyac olmayacaq. Hər bir iş üzrə (mülki, inzibati, iqtisadi, inzibati xətalara dair) ekspertizanın dəqiq vaxtı müəyyən ediləcək, məhkəmə qərarlarının icrasının vaxtında və tam icrasını təmin etmək üçün "Elektron icra" sistemi qurulacaq. Eyni zamanda məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün qərarların alternativ icra mexanizmləri, o cümlədən həmin qərarların icrasının özəl qurumlara verilməsi məsələsinə yenidən baxılaraq bu sistem beynəlxalq təcrübəyə uyğunlaşdırılacaqdır.

Məhkəmə qərarlarının və ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, "Elektron məhkəmə" sisteminin təkmilləşdirilərək bütün qərarların asanlıqla həmin sistem vasitəsilə əldə edilməsi barədə tapşırıqlar verilib.Ümumilikdə bu Fərman Azərbaycan Respublikasında vətəndaşların keyfiyyətli hüquqi yardım almasının və ədalət mühakiməsinin şəffaflığının təmin edilməsində mütərəqqi rol oynayır.

Sahibkarlarla bağlı məhkəmələrdə işlərin daha operativ və keyfiyyətlə həll olunması sahəsində tədbirlər davam etdirilir.