Müasir dövrün 10 ən iti biznes-zəkası: Həm varlı, həm ağıllı | Banco.az

Müasir dövrün 10 ən iti biznes-zəkası: Həm varlı, həm ağıllı

Forbes jurnalının amerikan redaksiyası yüz illik yubileyi münasibəti ilə bütün dünyaya təsir etmiş 100 ən güclü biznes zəka sahibinin siyahısını tərtib edib.

Onlardan bəziləri bu siyahıya yaşlarının ən gözəl çağında daxil olub. Siyahıda cəmi 10 qadın təmsil olunub, kişilərdən 22-nin isə yaşı 80-dən yüksək olub. Siyahıda ortalama yaş 68,3 qeydə alınıb. Cəmi 10 nəfər iştirakçının yaşı isə 50-dən az olub. Bu onluq yaşının az olmasına rəğmən dünyaya kifayət qədər əhəmiyyətli şəkildə təsir göstərə bilib. 

1. Mark Zukerberg, 33 yaş

Facebook  sosial şəbəkəsinin təsisçisi. Sərvəti  $71,5 milyard dollar.

Mən heç vaxt kompaniya yaratmaq arzusunda olmamışam. Məni  hərəkətə gətirən hiss insanları bir birinə qovuşdurmaq və hamımızı daha yaxın etmək zərurəti olub”.

Şəkil: Udit Kulshrestha / Bloomberg via Getty Images

 

2. Brayan Çeski, 36 yaş

Airbnb xidmətinin həmtəsisçisi.  Forbesin zənginlər siyahısına daxil deyil.

“Uşaq kimi hər şeyə maraq göstərmək və təəccüb, iş adamı olaraq sahib ola biləcəyiniz ən vacib cizgidir. Baxmayaraq ki, özüm də hələ cavanam, amma həmişə məndən cavan insanların nə etdiyini görməyə çalışıram. Növbəti nə olacaq?”.

Şəkil: Phil McCarten / Reuters

 

3. Sean Parker, 37 yaş

Napsterin həmtəsisçisi, Facebook-un ilk prezidenti. Sərvəti - $2,6 milyard dollar.

«Mən həmişə mənə maraqlı olan ideyaların lehinə olaraq, ənənəvi  bilikləri iqnor etməyi üstün tutmuşam.  Gələcəyin ixtiraları intellektual maraqdan və onu müşayiət edən lazımı miqdarda skeptizmdən başlayır.”

Şəkil: Gonzalo Fuentes / Reuters

 

4. Jack Dorsey, 40 yaş

Twitter və Square kompaniyasının həmtəsisçisi. Sərvəti — $2,2 milyard dollar.

«Mənim ən böyük səhvim o olub ki, mən düşünürdüm ki, yanıldığım anları heç kəsə göstərməməliyəm. Mən anladım ki, bunu etmək lazımdır”.

Şəkil: Cathal McNaughton / Reuters

 

5. Hamdi Ulukaya, 44 yaş

ABŞ-da yoqurt imperiyası qurmuş şəxs. Sərvəti — $1,75 milyard dollar.

«Şirkət yardanda mənim nə təcrübəm, nə də planım var idi. Sadəcə boyasız fabrik divarları var idi. Mən boya aldım və divarları rəngləmək üçün işçi tutdum. Bu mənim ömrümdə verdiyim ən yaxşı qərar idi. Ona görə də bəsdir oturdun, hərəkət elə”.

Ən sərfəli kredit üçün müraciət et

Şəkil: Daniel Acker / Bloomberg via Getty Images

 

6. Sara Blakely, 46 yaş

Spanx alt paltarları brendinin yaradıcısı.  Sərvəti — $1,3 milyard dollar.

«Hələ Spanx lap başlanğıcda ikən mənə ilk kalqotkaları hazırlamağa kömək edək tədarükçü biznesdən çıxdı  və bu az qala Spanx biznesini dağıtdı. Yeni başlayan iş adamı gərək  due diligence haqqında unutmasın”.

Şəkil: Paul Morigi / Getty Images for FORTUNE

 

7. Elon Musk, 46 yaş

PayPal, Tesla və SpaceX şirkətlərinin həm təsisçisi. Sərvəti — $21,6 milyard dollar.

«Süni intellekt bir sıra üstünlüklər qazandıracaq. Amma onun köməkliyi ilə biz şeytanı oyadıb bütün bəşəriyyəti təhlükə altında qoya bilərik. Biz özünü öldürməyə qadir ilk növ varlıqlarıq. Zaman bolluğunu nəzərə alsaq, bu tamamı ilə mümkündür”.

Şəkil: Kevork Djansezian / Getty Images

 

8. Sean Combs, 47 yaş

Hip-hop maqnatı, musiqi prodüseri. Forbesin milyarderlər siyahısına daxil deyil.

«Mən 12 yaşımda işləməyə başlamışam, qəzet paylayırdımş O vaxt mən anladım ki, əgər müştəri yaxşıları versən, fərq etməz istər musiqi olsun, istər geyim, istər içki və ona fərqli şəkildə xidmət göstərsən onda qazanc da daha yaxşı olacaq"

Şəkil: Scott Gries / Getty Images

 

9. Shonda Lynn Rhimes, 47 yaş

TV şoularının ssenaristi və prodüseri. Forbesin zənginlər siyahısına daxil deyil.

 «hekayələrin yranması hər an və hər yerdə baş verir, auditoriya isə getdikcə daha çətin olur. Amm yaxşı hekəyinin resepti eynidir: bu, ocaq  və sizə tənha olmadığınızı deyən insan əlaqələridir”.

Şəkil: Mark Kauzlarich / Reuters

 

10. Sheryl Kara Sandberg, 48 yaş

Facebok-un baş icraçı direktoru. Forbesin milyarderlər siyahısında deyil

“ Doğuşdan (analıq məzuniyyətdən) sonra ofisə getdiyim ilk gün yo bolyunca ağladım, mən işləmək istəyirdim, amma oğlumu evdə qoymaq mənə ağır gəlirdi. Mən işə gec gəlib, tez getmək üsulllarını axtarırdım.  Və başa düşdüm k, biz iki insan olmağa çalışmayanda daha yaxşı işləyirik”. 

Şəkil: Forbes