Mourinyo sələfindən ikiqat çox maaş alacaq | Banco.az

Mourinyo sələfindən ikiqat çox maaş alacaq

İngiltərənin “Tottenhem” komandasının baş məşqçisi təyin olunan Joze Mourinyo sələfi Maurisio Poçettinodan ikiqat çox maaş alacaq.

56 yaşlı portuqaliyalı mütəxəssisin illik əmək haqqısı 17,5 milyon avro təşkil edəcək. Poççetinoda isə bu göstərici 9 milyon avro olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Mourinyo bu gün “Tottenhem”lə 2022/23 mövsümünün sonuna qədər müqavilə bağlayıb. Ötən mövsüm Çempionlar Liqasının finalçısı olan London təmsilçisi Premyer Liqada 12 turdan sonra 14 xalla 14-cü pillədə qərarlaşıb.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et