"Morgan Stanley" ABŞ səhmləri ilə bağlı xəbərdarlıq edib | Banco.az

"Morgan Stanley" ABŞ səhmləri ilə bağlı xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Morgan Stanley”ə görə, ABŞ səhmləri zəif iqtisadi göstəricilərə uyğun qiymət formalaşdırmır.

Banco.az xəbər verir ki, ABŞ-ın transmilli investisiya bankı “Morgan Stanley”in strateqi Maykl Uilson mövzu ilə bağlı dəyərləndirmələr edib.

O, bildirib ki, ABŞ səhmlərinə qarşı artan maraq zəifləyən iqtisadi göstəricilər və gəlirlərlə ziddiyyət təşkil edir. 

Uilson həmçinin xəbərdarlıq edib ki, proqnozlaşdırılan göstəricilərin aşağı düşməsi mənfəətdə durğunluğa çevriləcək və nəticədə ABŞ bazarlarına mənfi təsir göstərəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram