Müəllif: Tamara Mustafayeva, Banco.az
“Moody's” Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) faiz proqnozunu açıqlayıb.
Banco.az xəbər verir ki, kredit reytinq agentliyi “Moody's” tərəfindən dərc edilən hesabatda Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) uçot dərəcəsini depozit faizlərinə yaxınlaşdıraraq 25-30 faizə yüksəltməsinin gözlənildiyi bildirilib.
Agentlik Türkiyənin iqtisadi strategiyalarında gözlənilən dəyişikliyin baş verməsinin kredit reytinqi baxımından ölkə üçün müsbət olacağını ifadə edərək uçot dərəcəsinin depozit faizlərinə yaxınlaşmasını gözlədiyini açıqlayıb.
Agentlik həmçinin ötən bir ildə həyata keçirilən makroprudensial tədbirlərə toxunaraq bildirib ki, xüsusilə bank sektorunun gəlirliliyinə daha çox təsir göstərən tədbirlərin əksəriyyətinin mərhələli şəkildə ləğvi gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!