"Moody's" FED-in faiz artımına fasilə verəcəyini gözləyir | Banco.az

"Moody's" FED-in faiz artımına fasilə verəcəyini gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq kredit reytingi agentliyi “Moody's” FED-in mart iclasında uçot dərəcəsini artırmayacağını düşünür.

Banco.az xəbər verir ki, “Moody's Analytics”in baş iqtisadçısı Mark Zandi ABŞ Federal Ehtiyat Sisteminin (FED) artan qeyri-müəyyənliklər səbəbindən mart iclasında faiz dərəcələrini artırmayacağı ilə bağlı proqnozunu bölüşüb.

Ötən bir neçə gündə bank sektorunda yaşanan problemlərin pul siyasəti qərarına da təsir edəcəyini bildirən Zandi mərkəzi bankın iflas hadisələrinə yönəldiyini vurğulayıb.

Qeyri-müəyyənliklərin olduğunu və FED-in ehtiyatlı davranacağını ifadə edən Zandi, "Bu səbəbdən də gələn həftə faiz artımı gözləmirəm”, deyə fikir bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, FED-in faiz artımını dayandırmasını gözləyən digər qurumlar da var. Belə ki, “Goldman Sachs” da bu ay faiz artımı gözləmədiyini açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et