Agentlik mətbuat şərhlərinin birində Yunanıstanın gələcək borc ödənişləri üzrə rəsmi kreditorlarla yeni razılaşmalara nail ola biləcəyini, " yüksək səviyyədə qeyri-müəyyənlik " kimi qeyd edir.
Banco.az rio.az portalına istinadən xəbər verir.
Təşkilatın mətbuata verdiyi açıqlamaya əsasən, Beynəlxalq reytinq agentliyi Moody’s mənfi proqnozla Yunanıstanın dövlət istiqrazlarının reytinqini Caa1-dən Caa2 –yə endirdi.
Fevral ayında isə, agentlik Yunanıstanın dövlət istiqrazlarının proqnozunu aşağı enmə istiqamətinə yerləşdirmişdi.
Moody`s agentliyinin neqativ proqnozu, Yunanıstanın iqtisadi, siyasi və maliyyə riskləri arasındakı balansın böhrana meylli olması ilə əlaqədar olaraq özünü əks etdirir- agentlik mətbuata şərhində açıqlayıb.
Müəllif: Fidan Maqbet qızı