Mona Lizanın əkizi ortaya çıxdı | Banco.az

Mona Lizanın əkizi ortaya çıxdı

Dünyanın ən məşhur rəsim əsərlərindən biri olan “Mona Liza” - nın əkizinin də başqa bir rəsm əsərininin mövzusu olduğunu bilirdinizmi?

Tapıldığı zaman üzərində qalın toz təbəqəsi olan və tərk edilmişcəsinə incəsənət muzeyinin anbarında illərlə saxlanılan 1819 – cu ildən qalma rəsim əsəri, Prado Muzeyində İspaniya kral ailəsinin incəsənət arxivinin ortaya çıxarılması zamanı kəşf edildi.

Muzeydəki mütəxəssislərin fikrincə 16-17 – ci əsrlərdən qalma rəsim əsəri, Leonardo Da Vinçinin 1500-cü illərdə çəkdiyi rəsmin oxşarıdır. Rəsimdəki qadın eynən “Mona Liza” tablosundakı Cakondaya bənzəsə də, bu rəsm əsərində digərindən fərqli arxa fon çəkilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Rəsm əsərinin tozla örtülməsi və anbarda unudulmasından sonra Prado Muzeyinin kuratorları rəsmin üzərində rengen və infraqırmızı şüalarla tədqiqat apardıqdan sonra əsərin arxa fonunun “Mona Liza” tablosu ilə eyni olmadığı və bu rəsm əsərinin başqa bir müəllifə məxsus olduğunu aşkar etdilər.

Daha təccüblüsü isə tablonun əslində Leonardo Da Vinçinin “Mona Liza” üzərində işlədiyi vaxtlarda çəkilməyə başlandığı və eyni rəsm sexində hazırlanması ehtimalıdır. Əsərin sahibinin isə Leonardo Da Vinçinin tələbəsi Franceso Melzi ola biləcəyi düşünülür.

Təmizləndikdən sonra Prado Muzeyində nümayişə qoyulan “Mona Liza” – nın əkizi ziyarətçilərini gözləyir.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et