Mobil tətbiqə sahib olmaq şirkətlər üçün niyə faydalıdır? | Banco.az

Mobil tətbiqə sahib olmaq şirkətlər üçün niyə faydalıdır?

Şirkət sahiblərinin işlərini inkişaf etdirmək üçün özlərinə verdikləri üç əsas sual var: Satışları necə artıracağam? Səmərəliliyi necə artıra bilərəm? Sadiq müştəri bazasını necə əldə edə bilərəm? Hazırki dövrdə, mobil tətbiqlər bu üç təməl suala cavab axtaran firmaların köməkçisi olaraq mövqeləndirilir.

Mobil tətbiqlərin istifadəçilər üçün bir çox fərqli mənaları ola bilər; informasiya, əyləncə resursu, bankçılıq və maliyyə əməliyyatları üzrə köməkçi, təhlükəsizlik təminatçısı, kommunikasiya vasitəsi və s. Bununla yanaşı, tətbiqlər firmalar üçün müştərilərə, potensial biznes tərəfdaşlarına və istehlakçılara çıxışı təmin edən yeni marketinq və biznesin inkişafı kanalı kimi qəbul edilməlidir.

Bəs mobil tətbiqlərdə yer almaq işinizə tam olaraq necə kömək olur? Satışlara təsiri, məhsuldarlıq artımı və müştəri sədaqəti kimi başlıqlar altında qiymətləndirərək, mobil tətbiqlərin şirkətlərə təmin etdiyi üstünlükləri təqdim edirik.

Satışları necə artırır?

Mobil tətbiqlər bir-birindən fərqli birdən çox tətbiqi birləşdirir. Hər bir proqram müştərilərə tez-tez geri dönməyə və daha çox vaxt sərf etməyə kömək etmək üçün nəzərdə tutulmuşdur. Mükafatlandırma və gamification (oyunlaşdırma) kimi üsullar tətbiqi daha cəlbedici edərək, satış üçün faydalı hala gətirirlər. Statik və dəyişkən olmayan bir interfeys yerinə interaktiv istifadəçi interfeysi olan mobil tətbiqlər, inkişaf edən texnologiyanı anında istifadəçiyə əks etdirir. Bundan əlavə, internet bağlantısı tələb edən veb-saytların yerinə mobil proqramlar internet bağlantısı olmayan hallarda da xidmətlər təqdim edə bilir.

Mobil tətbiqlər, şirkətlər üçün etibar və keyfiyyət kimi bir çox üstünlüyü də özü ilə gətirir. Yaxşı bir şəkildə hazırlanmış, istifadəsi asan və müştəri yönümlü bir mobil tətbiq ehtiyac duyulan məhsullar xaricində, hətta müştəriyə ehtiyacı olmayan bir məhsulu də sata bilmə müvəffəqiyyətini göstərə bilir. 

Səmərəliliyi necə artırır?

Ən sərfəli kredit üçün müraciət et

Mobil tətbiqlərə inteqrasiya edilmiş alış-veriş kartı, yemək sifarişi vermə kimi istifadəçilərə yönəlmiş xidmətlər və şirkət işçilərinə istiqamətli zaman qrafiki kimi xüsusiyyətlər məhsuldarlığı artırmada təsirlidir. Məsələn, sifariş xidmətini mobil tətbiqinə əlavə edən bir restoran onlayn və tətbiq içi satın almalardaki əhəmiyyətli artımı müşahidə edəcəkdir. E-ticarət sistemi olan bir pərakəndə markası həm satışlarını həm də məhsuldarlığı artıracaq. İşçilərə yönəlmiş proqram təminatı vaxta qənaəti təmin edəcək, bu da təbii ki, səmərəlilikdə əks olunacaq. Gecikmə, tapşırıqdan xəbərsiz olmaq kimi məhsuldarlığı azaldan vəziyyətlər də aradan qalxacaq.

Davamlı valyuta və birja indekslerini təqib etməniz lazım olan bir bankda çalışırsınızsa və bu məlumatlara anlıq daxil olmaq sizin üçün əhəmiyyət daşıyırsa, bankın mobil tətbiqi sizi bir çox istiqamətdən rahatlaşdıra və rəqabət içində olduğunuz işçilər qarşısında bir addım önə keçirə bilər.

Sadiq müştəri bazası necə yaranır?

Şirkət sahiblərinin diqqət yetirmələri lazım olan bəlkə də ən əhəmiyyətli mövzu müştəri sədaqətidir. Uğurlu olan firmalar bunu bilir və marka sədaqəti yaratmaq üçün çalışırlar. Mobil tətbiqlər müştərilərlə ünsiyyət qurmağın ən yaxşı yollarından biridir, onların şirkətinizlə qarşılıqlı əlaqəyə girmələrini təmin edər. E-poçtların istifadəçi tərəfindən açılma performansı 25-30%-da qalarkən, mobil tətbiqlərdəki ani bildirişlərə baxılması 90%-in üzərindədir.

Müştərilərə ən sürətli şəkildə çatmaq bütün şirkətlərin əsas hədəflərindən biridir. Bu baxımdan, reklam, kampaniya, son çıxan məhsulların təqdimatı kimi bir çox mövzuya birbaşa giriş təmin edən yeganə dijital kanal mobil tətbiqlərdir. Müştəri tərəfindən istifadə edilən bu imkanlara görə, mobil tətbiqi olan bir şirkət; mobil tətbiqi olmayan digər şirkətlərə qarşı rəqabət mövzusunda hər zaman bir addım öndə olacaqdır.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et