Mis qiymətlərinin artması ilə Çin strateji bir addım atmağa hazırlaşır | Banco.az

Mis qiymətlərinin artması ilə Çin strateji bir addım atmağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Mis qiymətlərinin artması ilə Çin strateji bir addım atmağa hazırlaşır.

Banco.az xəbər verir ki, “Çin Qara Metallardan Kənar Metal Sənayesi Assosiasiyası”nın baş katib müavini Duan Şaopu keçirdiyi mətbuat konfransında ölkənin ticarət ehtiyatlarını artırmaq məqsədilə dövlətə məxsus iri tökmə şirkətləri ilə əməkdaşlıq yollarını araşdıracağını bildirib.

Çin hazırda sənaye fəaliyyətlərini dəstəkləmək və tədarük zəncirində yarana biləcək pozuntulara qarşı iqtisadiyyatı qorumaq üçün mis, neft və kobalt kimi xammalların strateji ehtiyatlarını saxlayıb. Bu yolla ölkə ehtiyatlardan istifadə edərək xammal qiymətlərini sabitləşdirib və şirkətlər üzərindəki xammal xərc təzyiqini azaldıb.

Çinin son addımları bazarlarda dalğalanmanın artdığı bir dövrə təsadüf edib. Sərmayəçilər ABŞ dollarına dair şübhələr və pul vahidlərindən, eləcə də dövlət istiqrazlarından uzaqlaşma meyli səbəbilə metallara yönəlib. Bu vəziyyət ötən ay xammal sektorunda kəskin qiymət artımlarına səbəb olub.

Mis 2025-ci ildə qırx faizdən çox bahalaşıb və ilin əvvəlindən etibarən təxminən səkkiz faiz dəyər qazanıb. Dollardakı son dəyər itkisi də mis və digər xammallar üzrə artımı dəstəkləyib.

“Shanghai Securities News” nəşrinin məlumatına görə, Çin ehtiyatlarına mis konsentratı əlavə etməyi də nəzərdən keçirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram