"Mikro Maliyyə Kredit İttifaqı"nın lisenziyası ləğv olunub | Banco.az

"Mikro Maliyyə Kredit İttifaqı"nın lisenziyası ləğv olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Mikro Maliyyə Kredit İttifaqı" MMC-nin lisenziyası ləğv olunub.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 42-ə düşüb.

Xatırladaq ki, "Mikro Maliyyə Kredit İttifaqı" 2013-cü ildə, İsmayıllı rayonunda yaradılıb. Onun nizamnamə kapitalı 4 563 manat, qanuni təmsilçisi isə Ramil Aydın oğlu İsayevdir.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram