Mikro, kiçik və orta sahibkarların kreditləşməsi son illərin ən yüksək həddinə çatıb | Banco.az

Mikro, kiçik və orta sahibkarların kreditləşməsi son illərin ən yüksək həddinə çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin birinci yarımilində mikro, kiçik və orta sahibkarların (MKOS) kreditləşməsi son illərin ən yüksək həddinə çatıb. 

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə MKOS subyektlərinə verilən kreditlərin həcmi 10.5% (0.6 mlrd. manat) artaraq 6.3 mlrd. manata yüksəlib. 

Nəticədə, MKOS-lara verilmiş kreditlərin biznes portfelində payı 54%-ə çatıb. Standartların yumşaldılması MKOS subyektləri üzrə verilən kreditlərin portfeldə payının artmasına səbəb olan əsas amillərdən biri olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram