Mikayıl Cabbarov: “Vergi ödəyicisi deyə bilər ki, siz danışdığınızı danışın, biz davranışımızı təkrar edirik..." | Banco.az

Mikayıl Cabbarov: “Vergi ödəyicisi deyə bilər ki, siz danışdığınızı danışın, biz davranışımızı təkrar edirik..."

"Başa düşürük ki, oturuşmuş biznes təcrübəsini, iş üsulunu bir günə dəyişmək mümkün deyil. Yəni hər bir müəssisəyə adaptasiya üçün vaxt lazımdır. Buna görə də açıq şəkildə deyirik ki, 2018-ci ilə keçid ili kimi baxmağa hazırıq. Amma bu keçid prosesi həqiqətən olmalıdır". 

Bunu vergilər naziri Mikayıl Cabbarov ötən gün Azərbaycan sahibkarları ilə görüşündə deyib.

Onun sözlərinə görə, bu şansdan istifadə etməyən vergi ödəyicilərinə qarşı qanunun tələbinə uyğun tədbirlər görüləcək: "Vergi ödəyicisi deyə bilər ki, bəli, bu yolla getməyə hazırıq, siz bizə bu yolla getməyin yolunu göstərin və zəmanət verin ki, məni aldatmayacaqsınız. Biz bu sualları cavablandırmalıyıq. Amma vergi ödəyicisi həm də deyə bilər ki, siz danışdığınızı danışın, biz davranışımızı təkrar edirik, tuta bilirsinizsə, tutun. Bu da seçimdir. Fərq ondan ibarətdir ki, 2-ci qrupla danışmaq mənim və həmkarlarım üçün vaxt itkisidir. Əgər biznesmen bu seçimi adaptasiya ilə müqayisədə aşağı riskli hesab edirsə və deyirsə ki, mən dəyişməyəcəm, istədiyim kimi işləyəcəyəm, biz onu nəyəsə məcbur edə bilmirik. Amma nə vaxtsa qarşılaşacağıq. Bu zaman onunla fərdi qaydada vergi öhdəliyi və qanunvericiliyin tələbi barədə danışacağıq. Çünki qanun var”.

Ən sərfəli kredit üçün müraciət et

Nazir həmçinin deyib ki, vergi ödəyicilərinin fəaliyyətlərindəki çətinliklərin bir qismi qanunvericilik və inzibatçılıqla bağlıdır: “Biz vergi ödəyicilərinin müəyyən problemlərinin olduğunu bilirik və qəbul edirik ki, bu problemlərin müəyyən hissəsi inzibatçılıqdan, müəyyən hissəsi isə qanunvericilikdən irəli gəlir. Çətinlik həm də ondadır ki, hansısa sahədə fəaliyyət göstərən bütün şirkətlər eyni cür işləyir. Kimsə qanuna uyğun işləyən yeganə sahibkardırsa, onda gərək biznesini bağlasın. Bunu nəzərə alaraq Nazirlik ilk öncə holdinqlərə müraciət etdi. Çünkü holdinqlər iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun kifayət qədər böyük hissəsidir və ilkin mərhələdə onlarla bu müzakirələri aparıb böyük bir təbəqəni əhatə etmiş olarıq". 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et