Mikayıl Cabbarov: "Qarşıdakı dövrdə vergi siyasətinin əsas hədəfləri iqtisadi təşviqdir" | Banco.az

Mikayıl Cabbarov: "Qarşıdakı dövrdə vergi siyasətinin əsas hədəfləri iqtisadi təşviqdir"

"Qarşıdakı dövrdə vergi siyasətinin əsas hədəfləri iqtisadi təşviqdir ki, biz bunu işğaldan azad edilən ərazilərimizdə görürük".

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün "Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, bu ilin əvvəlindən Prezidentin tapşırıq və təşəbbüsünə əsasən vergi, sosial müdafiə sahəsi və gömrük qanunvericiliyi sahəsində çox geniş təşviqlər qəbul edilib:

"Vergi sahəsində effektiv nəzarət təbii olaraq vacibdir. İqtisadiyyatın şaxələndirilməsi və investiyasların cəlb edilməsində kölgə iqtisadiyyatı ilə sistemli mübarizəni davam edəcəyik. Düşünürəm ki, bunun alternativi yoxdur və bu, öz müsbət nəticəsini verir. Biz bunu orta aylıq əmək haqqında, daimi iş yerlərinin sayında, vergi mədaxillərində, gündəlik həyatda aydın şəkildə görürük".

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et