"Meta"nın yeni süni intellekt texnologiyası nə iş görür? | Banco.az

"Meta"nın yeni süni intellekt texnologiyası nə iş görür?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftə təqdim edilən “Segment Anything” (SAM) modeli ilə “Meta” çox mürəkkəb fotoşəkilləri təhlil edir və bütün obyektləri seqmentlərə ayırır.

Banco.az xəbər verir ki, “Meta” şirkəti tərəfindən hazırlanmış ən son süni intellekt vasitəsi olan "Segment Anything Model" (İstənilən təsvirin seqmentləşdirilməsi modeli) (SAM) sayəsində fotoşəkilləri təhrif edən obyektləri silmək mümkündür.

Bir milyarddan çox təsviri təhlil edən SAM hər bir obyekti ən xırda təfərrüatına qədər araşdıra bilir. Obyektləri bir-birindən sadəcə olaraq çəkmək və ya əl ilə klikləməklə ayırmaq mümkündür. İşarələnmiş obyektlərin silinməsi bir kliklə həyata keçirilə bilər. 

SAM həmçinin videolarla da problemsiz işləmək üçün təkmilləşdirilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yaxın dövrlərdə avtonom sürücülük və robot sənayesinin də SAM texnologiyasından faydalanacağı düşünülür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et