"Meta" Avropada "Facebook" və "Instagram"a abunəlik sistemi əlavə edəcək | Banco.az

"Meta" Avropada "Facebook" və "Instagram"a abunəlik sistemi əlavə edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta” şirkəti tabeliyində olan “Facebook” və “Instagram” platformalarına abunəlik sistemi gətirəcək.

Banco.az xəbər verir ki, “Facebook” və “Instagram”ın ana şirkəti olan “Meta Platforms” abunə haqqı qarşılığında Avropadakı istifadəçilərinə “Facebook” və “Instagram”a reklamsız giriş təmin edəcəyini açıqlayıb.

Regiondakı məhkəmələr sosial media şirkətlərinin məlumatlarla işləmə üsullarını sərtləşdirməyə başladıqdan sonra “Meta Platforms Inc” Avropadakı istifadəçilərinə abunə haqqı müqabilində reklamsız giriş imkanı verəcək.

Şirkətin açıqlamasında qeyd olunur ki, noyabr ayından etibarən istifadəçilər internet vasitəsilə sosial media saytlarına ayda 9,99 avroya (10,57 dollar) və ya “Apple Inc” və “Android” mobil əməliyyat sistemləri vasitəsilə aylıq 12,99 avroya abunə ola biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, abunə xidmətləri Avropa İttifaqı, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə hər kəs üçün əlçatan olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et