Müəllif - Aida İsaq, Banco.az
“Huawei” şirkətinin 2022-ci il üçün xalis mənfəəti 68,7% azalaraq 35,6 milyard yuan (5,2 milyard dollar) təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə “Huawei”nin direktorlar şurasının sədri Xu Zhijun bildirib. Onun sözlərinə görə, 2022-ci ildə markanın gəlir səviyyəsi 2021-ci illə müqayisədə 0,9% artaraq 642,3 milyard yuan (94,4 milyard dollar) təşkil edib. Çin brendi keçən il tədqiqat və inkişafa 161,5 milyard yuan (23,7 milyard dollar) xərcləyib ki, bu isə bir il əvvəllə müqayisədə 25,1% çoxdur. Eyni zamanda şirkət tarixində ən yüksək məbləğdir.
Qeyd edək ki, 2019-cu ildən etibarən ABŞ sözügedən şirkətə qarşı sanksiyalar tətbiq etməyə başlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!