Məşhur şokolad brendləri qiymətləndirildi | Banco.az

Məşhur şokolad brendləri qiymətləndirildi

Amerikalı mütəxəssislər etik dərəcəsinə görə şokolad istehsalçılarının siyahısını təqdim edib. Siyahıya əksər istehlakçıların az tanıdığı markalar başçılıq edir. Sənayenin ən çox rastlanan problemi uşaq əməyinin istismarı olaraq qalır. Şüurlu istehlakı və etik istehsalı təbliğ edən “Green America” qeyri-kommersiya təşkilatı “2019-cu ilin şokolad xəritəsi”ni buraxdı. Ekspertlər brendləri bir neçə göstəriciyə görə qiymətləndirib. Buraya ədalətli iş şəraiti, işçilərin hüquq və səlahiyyətlərinin genişləndirilməsi yönündə layihələr və ekoloi təşəbbüslər daxildir.

Tərtibçilər baza sertifikatlardan istifadə edib: Fair Trade International, Fair Trade USA, Rainforest Alliance və s. Bu sənədlər məcburi əməyi, uşaq əməyini və işçilərin ayrı-seçkiliyini qadağan edir. “Washington Post”un məlumatına görə, 2 milyon civarında uşaq Qərbi Afrikanın kakao plantasiyalarında çalışır.

Həmçinin oxu: Dünyanın ən yaxşı CEO-su kimdir?

Green America, Hershey və Lindt “Mars” və “Nestle”yə C (beş ballıq şkalaya görə 3 bal), “Mondelez” və “Ferrero”ya isə D qiyməti verib. Sadəcə bir brendə — “Godiva”ya ən aşağı qiyməti, yəni F veriblər. Şirkət 2020-ci ilə qədər tamamilə davamlı istehsala keçəcəyini vəd edir, lakin məhsulun sertifikatlaşdırılması ilə bağlı heç bir məlumat vermir və inkişaf göstəricilərini bölüşmür. Liderlər isə tanınma səviyyəsinə görə “Nestle” və “Hershey”dən əhəmiyyətli dərəcədə aşağıda olan yerli markalardır.

Həmçinin oxu: “Juul”un həmtəsisçiləri artıq milyarder deyillər

Ən sərfəli kredit üçün müraciət et

Bütün kriteriyalar üzrə ən yüksək balları “Alter Eco” alıb. İstehsalçı meşəsizləşdirmənin əsas səbəbi hesab olunan palma yağından istifadə etmir, o cümlədən aqromeşəçiliyə investisiya qoyur. Şirkət ətraf mühiti qorunmasında fəal iştirakına görə təqdir olunur.

“Green America” bildirir ki, Kot-d'İvuar (Fil Dişi Sahili) və Qana respublikalarında meşələrin 90%-i məhv edilib. Bunun da əsas günahkarı şokolad istehsal edən şirkətlərdir.

Əmək hüququ məsələləri üzrə menecer Şarlotta Teyt bildirib ki, “Kakao sənayesində, görünür, pis iş şəraiti ilə ətraf mühitin mühafizəsi təcrübəsi arasında qarşılıqlı əlaqə var”.

Torpaqda zəruri qidalandırıcı elementlərin qalması üçün mütəmadi olaraq yeni ağaclar əkilməlidir. “Green America” qeyd edir ki, bu iş pul vəsaiti tələb edir, fermerlərin isə ədalətsiz iş şəraiti ucbatından maddi imkanı yoxdur. Nəticədə işçilər yeni meşə ərazilərinə yayılırlar.

“Green America”nın alıcılar və şirkətlərlə qarşılıqlı fəaliyyət üzrə icraçı direktoru Todd Larsen də fikirlərini qeyd edib.

“Biz müşahidə edirik ki, böyük şirkətlər son bir neçə ildə bəzi problemləri ciddi qəbul etməyə başlayıb. Düşünürəm ki, bunun səbəbi istehlakçıların maariflənməsi və diqqətidir”.

Oktyabrda analitiklərin gəldiyi nəticəyə görə, demək olar ki, istehlakçıların yarısı brendlərin sosial problemləri həll etməsini istəyir. 25% hallarda şirkətin cəmiyyətə qarışması müştərilərin məhsul seçimində həlledici rol oynayır.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et