Məşhur şokolad brendinin qutularında uzun illər istifadə olunan simvol ləğv ediləcək | Banco.az

Məşhur şokolad brendinin qutularında uzun illər istifadə olunan simvol ləğv ediləcək

Müəllif - Aida İsaq, Banco.az

İsveçrənin Matterhorn dağının şəkli “Toblerone” şokoladının qutusunun üzərindən ləğv olunacaq.

Banco.az xəbər verir ki, müvafiq qərar istehsalın bir hissəsinin Slovakiyaya köçürülməsi ilə bağlıdır. Daha öncə yalnız "İsveçrə şokoladı" yazısının aradan qaldırılacağı bildirilsə də, hazırki məlumata görə, şokoladın İsveçrədə yaradıldığı qeyd olunacaq. Şirkət yerli qanunlara görə, xaricdə istehsal olunan şokoladın İsveçrə adı altında təqdim olunmayacağını bildirib.

Qeyd edək ki, “Toblerone” 1908-ci ildə isveçrəli xəmir aşpazı Teodor Tobler tərəfindən hazırlanıb. Şokoladın qeyri-adi forması 1909-cu ildən qanunla qorunur. Matterhorn dağının təsviri isə 1970-ci ildə şokoladın üzərində İsveçrənin simvolu kimi təqdim olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et