Məşhur milyarder kimləri ən yaxşı əməkdaş hesab edir? | Banco.az

Məşhur milyarder kimləri ən yaxşı əməkdaş hesab edir?

Amerika holdinqi “Berkshire Hathaway”in baş direktoru, milyarder Uorren Baffett insanları işə götürərkən hansı keyfiyyətlərə diqqət yetirdiyini açıqlayıb. Inc.com yazır ki, milyarder gələcək işçinin ən vacib xüsusiyyətinin dürüstlük olduğunu hesab edir.

“Yeni insanları işə götürərkən şəxsiyyətin üç xüsusiyyətinə üstünlük veririk. Söhbət intellekt, təşəbbüskarlıq və enerjili olmaqdan gedir. Ancaq bütün bunların dürüstlük olmadan heç bir dəyəri yoxdur, odur ki, başlıca keyfiyyət dürüstlükdür”, deyə investor bildirib. Bundan əlavə, Baffett əmindir ki, qeyri-dürüst əməkdaşlar işlərində “tənbəl və küt” olurlar.

Həmçinin oxu: Rəhbər vəzifəyə namizədi hansı meyarlara əsasən seçmək lazımdır?

Bənzər düşüncə tərzini “Huntsman” kimyəvi maddələr istehsalı şirkətinin təsisçisi Con Hantsman da təsdiqləyir. O, öz holdinqini sıfırdan quraraq kapitalını 12 milyard dollara qədər artıra bilib. Hantsman müəllifi olduğu “Qaliblər heç vaxt yalan danışmır” adlı kitabında vurğulayır ki, məğlublarla ən uğurlu insanlar arasındakı fərq ondan ibarətdir ki, qaliblər heç vaxt yalan danışmırlar. Hətta çətin situasiyalarda belə.

Potensial işçinizin (və ya sizin!) dürüst olub-olmadığını anlamaq üçün özünüzə bir neçə sual verin:

- Bu şəxs ünsiyyət zamanı səmimidir?

- Danışdığı və inandığı şeyləri praktikada tətbiq edirmi?

Ən sərfəli kredit üçün müraciət et

- Həmsöhbətinizin həyata və ətrafındakılara müsbət yanaşdığını söyləyə bilərsinizmi?

- Vədlərinə əməl edirmi?

- Həmsöhbətiniz özünü məsuliyyətli sayırmı?

Bu sualların əksəriyyətinə müsbət cavab versəniz (yaxşı olar ki, hamısına), namizədə bir şans verməyiniz məqsədəuyğun olar. Kim bilir, bəlkə də, bu şəxs komandanızın vacib üzvü olacaq.

Nigar Umaxanlı, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et