Məşhur geyim brendi qeyri-adi kampaniyaya imza atıb | Banco.az

Məşhur geyim brendi qeyri-adi kampaniyaya imza atıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Vans” markası yeni kolleksiyasını nəhəng ayaqqabılarla təqdim edib

Banco.az xəbər verir ki, küçə geyimlərinin aparıcı brendlərindən biri olan “Vans” yeni MTE (Made for The Elements) kolleksiyasının təqdimatı üçün olduqca maraqlı bir kampaniyaya start verib.

Amerikalı geyim brendi sözügedən kampaniya çərçivəsində 3 metrlik nəhəng ayaqqabıları Nyu-York küçələrində gəzintiyə çıxarıb. Belə ki, kolleksiyada yer alan “Sk8-Hi MTE-3” modelini avtomobilə geyindirərək nəhəng ayaqqabı görünüşü əldə edən “Vans” yoldan keçənləri avtomobilə dəvət edib.

Los-Ancelesdə yerləşən “GUT” kreativ agentliyinin imzasını daşıyan kampaniyada soyuq hava şəraiti nəzərə alınmaqla hazırlanmış ayaqqabılar nümayiş etdirilib.

Ən sərfəli kredit üçün müraciət et

Şirkət kolleksiyadakı məhsulları sınaqdan keçirmək istəyən ziyarətçilərə isə müvəqqəti geyinmək üçün bir cüt ayaqqabı verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et