Məşhur brendlərin 1 aprel ZARAFATLARI | Banco.az

Məşhur brendlərin 1 aprel ZARAFATLARI

Bir aprel əksər ölkələrdə yüz illərdir ki, insanların müxtəlif adlar altında bir-biri ilə zarafatlaşdığı, ələ saldığı gün kimi qeyd olunur. Ancaq bu günün haqqında dəqiq informasiya hələ də məlum deyil.

Bu gün Azərbaycanda “Gülüş Günü”,  Fransada “Aprel balığı”, İngiltərədə isə “Aprel axmaqları” kimi tanınır. Bir apreldə insanlar zarafat etməyə, bir-birini aldatmağa çalışırlar.

Marta Bayless ABŞ-ın Oreqon Universitetinin Ümumi Mədəniyyət bölümünün direktorudur. Zarafatların tarixi ilə bağlı doktorluq dissertasiyasını yazan Baylessin sözlərinə görə, tarixi zarafatların çoxu “qeyri-ciddi” hesab olunur. 

Müasir dövrdə bir aprel zarafatlarında medianın və bəzi böyük brendlərin maraqlı olduğu görünür. 

Bunun ən son nümunələrindən biri Almaniya avtomobil şirkəti “Volkswagen” idi. Mətbuatda yayılan xəbərlərə görə, şirkət ABŞ-da adının “Voltswagen” olaraq dəyişdiriləcəyi ilə bağlı bəyanat yaymışdı. Lakin sonradan məlum oldu ki, bu, təsadüfən mətbuata erkən sızan bir aprel zarafatıdır.

H&M markası müşərilərin səhərlər nə geyinəcəyi barədə düşünməməsi üçün "Facebook"un SEO-su Mark Zukerberqin şkafından ilhamlanaraq yeni kolleksiya yaratdıqlarını açıqlayıb. Markanın MarkxH&M haştaqı ilə təqdim etdiyi paltarlar üçün internet saytı belə yaradılmışdı. Həmişə eyni paltarlara üstünlük verən Zukerberqdən ilhamlanan bu kampaniya kifayət qədər real görünsə də, bir aprel zarafatı idi.

"Burger King" Fransada yerləşən şöbəsi isə fransızları fərdi qablaşdırılan kartof qızartması ilə təəccübləndirməyə üstünlük verib.

modern.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram