Mərkəzi Bankın yeni notları dövlət qeydiyyatına alınıb | Banco.az

Mərkəzi Bankın yeni notları dövlət qeydiyyatına alınıb

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Mərkəzi Bankının (AMB) 2017-ci ildə emissiya ediləcək hər birinin nominal dəyəri 100 (yüz) manat olan 2 600 000 (iki milyon altı yüz min) ədəd qısamüddətli notlarının emissiya prospekti 53S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan verilən məlumata görə, 30 dekabr tarixində qurum tərəfindən həmçinin AMB-nin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 50 000 (əlli min) ədəd qısamüddətli notlarının buraxılışı 50100153S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən notların tədavül müddəti 27 gündür.

Mənbə: Trend.az