Mərkəzi Bankın valyuta hərracında dollara tələb artıb | Banco.az

Mərkəzi Bankın valyuta hərracında dollara tələb artıb

Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankın məlumatına görə, hərracda dollara tələb aprelin 9-na nisbətən 1,5 milyon ABŞ dolları və ya təxminən 2,7% artaraq 56,5 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Ən sərfəli kredit üçün müraciət et

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Ən sərfəli krediti almaq üçün müraciət et