Çin iqtisadi artım proqnozunu aşağı saldı | Banco.az

Çin iqtisadi artım proqnozunu aşağı saldı

Müəllif:Mehin Qasımova,Banco.az

Çin 2026-cı il üçün iqtisadi artım hədəfini 4,5–5 faiz aralığında müəyyən edib.

Banco.az xəbər verir ki, bu göstərici 1990-cı illərin əvvəllərindən bəri ölkə üçün ən aşağı ÜDM artım hədəfi hesab olunur.

Hökumətin cümə axşamı açıqlanan illik iş hesabatında qeyd olunur ki, son üç ildə tətbiq edilən “təxminən 5 faiz” artım hədəfi ilə müqayisədə yeni göstərici daha aşağı səviyyəni əks etdirir. Pandemiya səbəbindən 2020-ci ildə ümumiyyətlə artım hədəfi müəyyən edilməmişdi.

Sənədə əsasən, Pekin büdcə kəsirinin hədəfini ÜDM-in təxminən 4 faizi səviyyəsində saxlayıb. Bu, ötən ilin göstəricisi ilə eynidir.

Çin rəhbərliyi eyni zamanda illik istehlakçı inflyasiyası üzrə hədəfi də təxminən 2 faiz olaraq müəyyən edib. İlk dəfə 2025-ci il üçün tətbiq edilən bu göstərici son iyirmi ildən artıq müddətdə ən aşağı inflyasiya hədəfi sayılır və ölkədə daxili tələbatın zəif olduğunu göstərir.